23 C
Bakı
24 İyun 2025 10:07
DünyaPlanet

Yerə yaxınlaşan asteroid atom bombası ilə vurula bilər

Yerə yaxınlaşan asteroid atom bombası ilə vurula bilər

 

Alimlər süni intellekt modeli vasitəsilə Yerə yaxınlaşan asteroidin üzərində atom bombasının partlaması simulyasiyasını həyata keçiriblər. Bu, həmin göy cisminin istiqamətini dəyişməsi məqsədilə edilib.

Tacxeber.com Lent.az-a istinadla xəbər verir ki, NASA-nın bu sahədə apardığı tədqiqatla paralel olaraq çalışan Kaliforniya Universitetinin alimləri süni intellektin köməyi ilə atom bombasının asteroidin üzərinə enməsi, partlaması və onun güclü enerjisinin təsirini göstərən simulyasiya həyata keçiriblər. Onlar iki variant üzrə hərəkət ediblər: asteroidi Yerdən uzaqlaşdırmaq və ya onu kiçik hissələrə parçalamaq.

“Lorens Livermore” Milli laboratoriyasında çalışan alimlər NASA-nın potensial missiyasının uğursuzluqla nəticələnəcəyi təqdirdə atom bombasının asteroidə təsirini anbaan izləyiblər. Onlar hesab edirlər ki, bu üsulla insanları fəlakətdən xilas etmək olar.

Tədqiqata rəhbərlik edən professor Meri Barki bununla bağlı deyib: “Erkən xəbərdarlıq üçün yetərli imkanımız olarsa, o zaman biz raketlə atom bombasını Yerdən milyonlarla kilometr uzaqda yerləşən və planetimizə doğru gələn asteroidə göndərə bilərik”.

O əlavə edib ki, nüvə silahı ən yüksək enerji gücünə malikdir və göy cisimlərinin Yer kürəsinə təhdidinin qarşını ala bilər.

Tacxeber.com

Oxşar xəbərlər

167,6 milyard dollar nağd pulu olan milyarder yatırmağa yer tapmır

redaktor

QORXULU KƏŞF: Acgöz qara dəlik planetimizi YEYƏ BİLƏR

redaktor

Harrisə 3 ştatdan xoş xəbər verildi

redaktor