25 C
Bakı
23 İyun 2025 14:32
CəmiyyətİqtisadiyyatQalmaqal

Uşaq Psixonevroloji Mərkəzi dəftərxana ləvazimatı satan şirkətdən “pampers” alır

Uşaq Psixonevroloji Mərkəzi 19 434,6 AZN dəyərində uşaq bezi alır.

Mərkəz bununla bağlı “Global Stationery Office” MMC ilə satınalma müqaviləsi imzalayacaq.

“Global Stationery Office” MMC 12 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Cavadov Mayıl Pərviz oğludur.

Açıq mənbələrdə onun haqqında heç bir məlumata rast gəlinmir.

“Global Stationery Office” MMC-yə gəlincə, açıq mənbələrdə şirkətin dəftərxana ləvazimatlarının topdan satışı ilə məşğul olduğu qeyd edilib.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Global Stationery Office” MMC satınalma müsabiqələrində fəal iştirak edir.

Şirkət əsasən dəftərxana ləvazimatları və təsərrüfat mallarının satın alınması ilə bağlı müsabiqələrin qalibi seçilir.

Uşaq Psixonevroloji Mərkəzinin dəftərxana ləvazimatları satan şirkətdən “pampers” alması maraq doğurur. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda itkin düşən alimlər tapılıb, təxliyə edilirlər

redaktor

“Azərbaycanın xarici borcu azalır – bu çox yaxşı gedişatdır amma …..” – Natiq Cəfərli

admin

Alimlər toyuq ətində təhlükəli bakteriyalar aşkar ediblər

redaktor