Dünya

“HƏMAS”çılar bədənləri ilə bizi bombardmanlardan qoruyurdu…”-Yəhudi qadın…-VİDEO

““HƏMAS

Qəzza zolağında girovluqdan azad edilmiş İsrail vətəndaşları “HƏMAS”- “İslami müqavimət hərəkatı”nın hərbi qanadı olan “İzzəddin əl-Qəssam” briqadasının mühafizəçiləri tərəfindən yaxşı rəftar gördüklərini bildiriblər.

Tacxeber.com xəbər verir ki, “Əl-Cəzirə”nin yaydığı məlumata görə, girovluqdan azad edilmiş Çen Almoq Qoldşteyn qızı Aqamla birgə İsrail kanallarından birinə verdikləri müsahibədə bu haqda danışıb.

Yəhudi qadın “HƏMAS” əsgərlərinin onu və üç övladını İsrail bombardmanlarından qorumaq üçün canlarını fəda etməyə hazır olduqlarını vurğulayıb.

“Bizi Qəzzada əsir saxlayan mühafizəçilər bədənləri ilə bizi bombardmanlardan qorudular… Bizi ordunun zərbələrindən qorudular və biz onlar üçün çox vacib idik. Biz onlardan bizi öldürəcəkləri haqda soruşduqda, dedilər ki, siz ölməzdən əvvəl biz öləcəyik”,- deyə Ç.Qoldşteyn bildirib.

Oxşar xəbərlər

Tramp da bunu görməli və müvafiq nəticələr çıxarmalıdır.

admin

“Rusiyanın təcavüzü tamamilə demontaj edilməlidir, heç bir mənəviyyatsız güzəştlərdən söhbət gedə bilməz”

redaktor

“Ukraynalı hərbçilər yeni “əjdaha-dronlar”dan istifadə etməyə başlayıb” – CNN

redaktor