16 C
Bakı
26 Sentyabr 2025 23:19
Sağlamlıq

Gündə neçə naringi yemək olar? – Həkim RƏYİ

Qaraciyərdə problem yarada bilər.

gunde-nece-naringi-yemek-olar

Gündə 4-5 narıngidən artıq yemək olmaz.

Bu barədə rusiyalı dietoloq və qidalanma mütəxəssisi Nadejda Tsapkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu meyvələrin gündəlik qəbulu 40 qramdan çox olmamalıdır.

“Narınginin həddindən artıq istehlakı qaraciyərdə problem yarada bilər. Bundan başqa, mümkün allergik reaksiyanı da unutmamalıyıq. Qastritli insanlar da diqqətli olmalıdırlar, çünki naringilər bağırsaqların və mədənin selikli qişasını qıcıqlandıra bilər”, – deyə həkim vurğulayıb.

Tsapkina eyni zamanda qeyd edib ki, narıngilər kalsium, maqnezium, kalium, “D”, “K” və “B” vitaminlərinin mənbəyidir. Onun sözlərinə görə, bu meyvələrin tərkibindəki lif mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmağa kömək edir, “C” vitamini isə immun sistemini gücləndirir (bu da koronavirus pandemiyası dövründə xüsusilə vacibdir).

“Bu sitrus meyvəsi fitonsidlər və efir yağları ilə kompleks şəkildə viruslarla mübarizə aparmağa kömək edir. Tərkibində bioflavonoidlərin və antioksidant beta-karotinin olması isə xərçəngin əmələ gəlməsinin qarşısını alır”, – deyə həkim sözlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu tərəvəz hər gün yeyilməlidir – təbii antibiotikdir

redaktor

Tütünə bənzər bitkidən “ana südü” hazırlandı – Görün hansı məqsədlə istifadə olunacaq

redaktor

Sarıkökün bilmədiyiniz faydaları – Ağardıcı, arıqladıcı…

redaktor