Dünya

Gevorqyanın dili Tehranda açıldı: Abdullahianın qarşısında Azərbaycanı ittiham etdi

 

Azərbaycan hakimiyyəti hələ də YUNESKO-nun müstəqil missiyasının Dağlıq Qarabağda yerləşdirilməsinin qarşısını alır.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və İranın mədəniyyət, sənətkarlıq və turizm nazirinin iştirakı ilə Tehranda keçirilən Qədim Sivilizasiyalar Forumu çərçivəsində nazirlərin görüşündə deyib.

30 il ərzində işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi-mədəni irsini yerlə-yeksən edən, israrlı təkidlərə baxmayaraq o ərazilərə YUNESKO missiyasını buraxmayan bir ölkənin rəsmisi indi həyasızcasına Azərbaycanı ittiham edir. Görünür, “qardaş” İranda olması Azərbaycana qarşı hədyanlıq etməsinə şərait yaradır. Elə ona görə də, İranın da şəninə tərif söyləyir:

“Ermənistan İranın müxtəlif xalqların, o cümlədən ermənilərin mədəni irsini qorumaq siyasətini yüksək qiymətləndirir. İranda IV-7-ci əsrlərdə tikilmiş Müqəddəs Thaddeus Erməni Kilsəsinin qorunub saxlanması belə siyasətin bir nümunəsidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıya gələn ingilis kəşfiyyatının rəhbəri Türk dilini mükəmməl bilir – DOSYE

redaktor

Zelenskinin Ukraynada döyüşən rus hərbçilərə iki təklifi var

redaktor

Ukraynalılar bütün cəbhələrdə Avropa İttifaqından dəstək alacaqlar”

redaktor