İdman

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi

Adrian Mutu ilə vidalaşan “Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Tacxeber.comxəbər verir ki, Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb.

O, hazırda “Neftçi Arena”dadır və yeni komandasının “Kəpəz”lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı./Sportinfo.az

Tacxeber.com

Oxşar xəbərlər

Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi – Video

redaktor

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim orada yarandı” – VİDEO

redaktor

“Mançester Yunayted”dən Vinisius üçün fantastik təklif

admin