17 C
Bakı
28 Sentyabr 2025 06:34
Dünyaİqtisadiyyat

Şəkər tozu xeyli ucuzlaşdı – Bu ölkənin sayəsində

 

Qlobal şəkər qiymətləri son 8 ayın ən aşağı səviyyəsinə düşüb,

Tacxeber.comxəbər verir ki, bu barədə “Nasdaq” məlumat yayıb.

Qeyd edək ki, şəkərin qiyməti bu ilin yazından qalxmağa başlayıb. Noyabrın sonuna qədər qiymət bir ton üçün 550 ilə 600-620 dollar arasında dəyişirdi (ICE Qitələrarası Birjasının kotirovkalarına görə), lakin sonra azalmağa başladı və indi təxminən 440 dollar təşkil edir.

Əsas səbəb Braziliyada (dünyanın ən böyük şəkər istehsal edən ölkəsi) şəkər istehsalının artmasıdır. Respublikanın mərkəzi və cənub rayonlarında biçin mövsümü başlayandan (yəni noyabr ayından) şəkər qamışının həcmi ötən illə müqayisədə 20 faizdən çox artıb.

Bundan əvvəl, avqust ayında Beynəlxalq Şəkər Təşkilatı 2023-24-cü illər mövsümündə şəkər istehsalının qlobal miqyasda 1,2% azalacağını və dünya bazarında şəkər kəsirinin 2,12 milyon ton təşkil edəcəyini proqnozlaşdırmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Günəşin ətrafında BAŞ VERƏCƏK! 3 gün… 59 saatda bizi nələr gözləyir?

redaktor

Uolles namizədlikdən imtina etdi: Consonu dəstəkləyəcəm

redaktor

Rus qoşunları hücuma keçdi, 264 hərbçisini itirdi

admin