12 C
Bakı
28 Mart 2026 01:57
Dünya

Qazilərimizi həyata qaytaran türkiyəli həkim vəfat etdi – FOTO

 

Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizi müalicə edərək həyata qaytaran türkiyəli həkim-professor Ahmet Çınar Yastı vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədəİqtisadiyyat.az-a mərhum həkimin çalışdığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ahmet Çınar Yastı 1968-ci ildə Mersində dünyaya gəlib. O, Türkiyənin Ankara Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinin qurucusu və rəhbəri idi.

Türkiyəli həkim Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizin müalicəsində və sağlamlıqlarına qovuşmasında aktiv iştirak edib. Göstərdiyi fədakarlığa görə Azərbaycanın səhiyyə qurumları tərəfindən təltif olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Vitse-prezidenti daşıyan təyyarə YOXA ÇIXDI

redaktor

Polşa helikopteri Belarus ərazisinə girdi.

admin

Putin qəzəbləndi – Qisas əmri verildi: “Rüsvayçılıqdır…”

redaktor