33 C
Bakı
27 İyul 2025 10:03
Dünya

Qazilərimizi həyata qaytaran türkiyəli həkim vəfat etdi – FOTO

 

Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizi müalicə edərək həyata qaytaran türkiyəli həkim-professor Ahmet Çınar Yastı vəfat edib.

Tacxeber.com xəbər verir ki, bu barədəİqtisadiyyat.az-a mərhum həkimin çalışdığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən 55 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ahmet Çınar Yastı 1968-ci ildə Mersində dünyaya gəlib. O, Türkiyənin Ankara Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinin qurucusu və rəhbəri idi.

Türkiyəli həkim Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizin müalicəsində və sağlamlıqlarına qovuşmasında aktiv iştirak edib. Göstərdiyi fədakarlığa görə Azərbaycanın səhiyyə qurumları tərəfindən təltif olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda “Tarix” dərsliyində Qarabağ Azərbaycanın tərkibində göstərilib

redaktor

“Rusiyanın Xersondan çəkilməsi tələ və ya manevr yox, ciddi strateji məğlubiyyətdir…”

redaktor

Bölgədə gərginlik pik həddə – Silsilə partlayışlar baş verdi

admin