Dünya

Paşinyan xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb – Kremlin cavabı nə olacaq?

Paşinyan xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb - Kremlin cavabı nə olacaq?

Ermənistanda “Sputnik” radiosunun yayımı dayandırılıb. Bu, Ermənistan rəhbərliyinin açıq-aşkar antirusiya addımıdır.

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Amma Rusiyadan sərt cavab olmayacaq. Çünki Paşinyan bununla Moskvanı sərt davranmağa təhrik edib, bu sərt cavabdan erməni əhalisi arasında kütləvi antirusiya təbliğatı aparmaq üçün istifadə edə bilər. Bunun hesabına da Ermənistanda ictimai rəyi rusiyapərəstlikdən antirusiyaya çevirər. Bu zaman da bütün gücü ilə xəyanət bıçağını Rusiyanın kürəyinə sancıb, Ermənistanı ABŞ, Fransa, AB, NATO simasında Kremlin düşmənlərinə doğru apara bilər. Ona görə də Rusiyanın cavabı çox, çox yumşaq olacaq. Hansı ki, bu halda daha uyğundur”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Qırğızıstanda ölkə rəhbərliyinə sui-qəsd etmək istəyən 5 azərbaycanlı saxlanılıb – FOTO

redaktor

Təyyarənin təkərində donmuş insan meyiti tapıldı

admin

Putin həqiqətən məni ruhdan saldı – Tramp

redaktor