25 C
Bakı
23 İyun 2025 14:21
İdman

“Dinamo”nun baş məşqçisi bu səbəbdən Mahir Emreliyə şans vermirmiş

 

Mahir Emreli “Dinamo”dan (Zaqreb) ayrıla bilər.

“Offsideplus.az” xəbər verir ki, komandanın baş məşqçisi Sergey Yakiroviç millimizin üzvünə şans vermir. Bosniya və herseqovinalı mütəxəssis hücumçunun göndərilməsindən yanadır. Bu məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. 46 yaşlı mütəxəssis Mahirin “Dinamo”dan ayrılması üçün müxtəlif bəhanələr axtarır. Bunlardan ən qəribəsi milli komanda ilə bağlı olub. Sən demə, Mahir Emrelinin yığmanın son oyunlarında meydanda az olması hücumçunun “Dinamo”nun əsas heyətindən də kənarda qalmasına səbəb olub. Yakiroviç bunu əsas gətirərək Mahirə oyunlarda şans verməyib.

Qeyd edək ki, yığmamızın üzvü hazırda Azərbaycandadır. Mahir doğma yurdu Zaqatalada istirahət edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Qəbələ”nin taleyi necə olacaq? – Klub rəsmisi həyəcan təbili çaldı

admin

UEFA “Qarabağ”a ödəniş etdi

redaktor

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya üçüncüsü oldu

redaktor