25 C
Bakı
11 Avqust 2025 00:37
DünyaGündəm

Zelenski Rusiya ilə danışıqlar haqda: Ritorikada həyasızlıq və qətl görürəm

 

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya ilə danışıqların mümkünlüyünə gəlincə, bu məsələ bu gün aktual deyil, çünki Moskvanın belə bir istəyi yoxdur.

Tacxeber.com xəbər verir ki, Zelenski bu barədə yekun mətbuat konfransında Ukraynanın maraqlarına uyğun danışıqların nə vaxt və hansı şəraitdə aparıla biləcəyi sualına cavab verərkən deyib.

“Bizim Dünya Formulamız var. Maltadakı son görüş çox yaxşı keçdi. 80-ə yaxın ölkə. Bundan sonra görüş İsveçrədə olacaq. Forum çərçivəsində və ya iqtisadi forumda belə bir təhlükəsizlik seqmenti olacaq”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu görüşdən sonra “liderlər səviyyəsində sammit”in təşkili istiqamətində işlərə başlanılacaq.

“Müvafiq sənəd hazır olanda biz onu bu və ya digər formatda Rusiya Federasiyasının nümayəndələrinə təhvil verə biləcəyik”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, əgər “həmin tərəf” bu sənədi qəbul etməyə hazırdırsa, bu, danışıqlar məsələsinin aktual olduğunu göstərəcək. “Bu gün aktual deyil. Rusiyadan müraciət görmürəm. Mən onların hərəkətlərində bunu görmürəm. Mən ritorikada ancaq həyasızlıq, təkəbbür və qətl görürəm”, – Ukrayna prezidenti deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Cümə axşamı İranın “Shahed-136” kamikadze pilotsuz təyyarələrinin yeni partiyası Moskvaya gəlib.

admin

Leyla Əliyevanın pələnglə fotosu maraqla qarşılandı

redaktor

Tehrandan İsrailə həm təklif, həm də təhdid: Qəbul etsə…

redaktor