23 C
Bakı
24 İyun 2025 12:50
DünyaİdmanQalmaqal

Türkiyədə daha bir hakimi döydülər.

Şırnakda həvəskarlar arasında keçirilən matçda hakim və rəqib oyunçulara hücum olub.

 Türkiyə KİV-ləri xəbər verir ki, Şırnak 1-ci Həvəskarlar Liqasında “Cizre Diclespor”un 2-1 hesabı ilə qalib gəldiyi matçın son fitində “Kumçatıspor”un futbolçuları əvvəlcə matçın baş hakimi Zinar Ermiş və köməkçi hakimlər Veysel Samsak və Mustafa Ekinə, daha sonra isə rəqib komandanın oyunçularına hücum ediblər.

Hadisə zamanı köməkçi hakim Veysəl Samsakın burnu qırılıb. Hadisədən sonra Samsak Şırnak Dövlət Xəstəxanasına aparılıb.

Jandarm dəstələri meydançaya çıxaraq, hadisələrə müdaxilə etsələr də, bu dəfə azarkeşlər qonaq komandanın avtobusuna daşla hücum ediblər. “Cizre Diclespor” komandası jandarm dəstəsinin müşayiəti ilə vilayətdən ayrılıb.

Şırnak 1-ci Həvəskarlar Liqası B Qrupunda keçirilən “Kumçatıspor”-“Cizre Diclespor” matçından sonra Kumçatı mahalında da insident yaşanıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan cüdoçusu Olimpiya çempionu oldu

admin

Messi bu klubu seçib – Təəccüblü qərar verdi

redaktor

Saakaşvilinin partiyasının binasına hücum edildi

redaktor