2 C
Bakı
11 Fevral 2026 00:09
Cəmiyyət

Şuşaya giriş-çıxış məhdudlaşdırılır? – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

 

Bu gün bir sıra yerli KİV-də 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndəliyindən məlumatında qeyd olunub.

“Bildiririk ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb”, – məlumatda deyilir.

***

Yeni il ərəfəsində Şuşaya giriş məhdudlaşdırılacaq.

Ölkə.az-ın Axar.az-a istinadla məlumatına görə, bayram günlərində (31dekabr – 2 yanvar) fərdi şəkildə (şəxsin adı portalda olsa da) Şuşaya girişə icazə verilməyəcək.

Bildirilib ki, bu məhdudiyyətlər Şuşada Yeni il proqramı çərçivəsində keçirilən tədbirlərlə bağlıdır.

“Şuşa şəhərindəki hotellərdə bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Buna görə də Şuşada fəaliyyət göstərən hotellər bayram paketlərini elan ediblər. Yeni ili Şuşada qarşılamaq istəyənlər yalnız tur paketlər almalıdırlar”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, bayram günlərində Şuşada Yeni il şənliyi, atəşfəşanlıq, müxtəlif musiqi və şou proqramlar təşkil olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Ayaqqabı dərisində istifadə edilən sarı boya vurulur” – Mütəxəssisdən bazarlarda satılan toyuqlarla bağlı XƏBƏRDARLIQ

admin

Bazarda kilosu 70 manata olan gilasın özəlliyi nədir? – VİDEO

redaktor

Allahşükür Paşazadənin qardaşı əsəbiləşdi: “Gedin işinizlə məşğul olun!”

redaktor