19 C
Bakı
23 İyun 2025 21:42
Cəmiyyət

Hacı Nuran Moskvada əsir-yesir qalıb: “Heç kim nəsə demir”

Hacı Nuran Moskvada əsir-yesir qalıb: “Heç kim nəsə demir”

Tanınmış xeyriyyəçi, aparıcı Hacı Nuran Rusiyadan Bakıya gələ bilmir.

Tacxeber.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Hacı Nuranın sözlərinə görə, təhlükəsizlik məqsədilə uçuşlar təxirə salınıb:

“Çox pis vəziyyət yaranıb. Neçə saatdır ki, yüzlərlə, minlərlə insan Moskvanın “Vnukova” hava limanında qalıb. Heç bir xəbər verilmir. Sadəcə pilotların təhlükəsizliyinin qorunduğunu və uçuşların təxirə salındığını deyirlər. Burada körpə, qadın, qoca, xəstə insanlar var. Hər kəs çıxılmaz və çaşqın vəziyyətdədir. Heç kim konkret nə isə demir.

Yeri gəlmişkən qeyd edim ki, bu gün səhər saatlarında Kalujski səmasında Ukraynanın dron aparatları görünüb və Rusiya hərbiçiləri PUA-ları vurub.

Hazırda hamı qorxu və təşviş içindədir. Nə olacağı, uçuşlara nə vaxt qərar veriləcəyi sual altındadır”.

Tacxeber.com

Oxşar xəbərlər

Sərvəti göz qamaşdıran 29 ilin səssiz DEPUTATI: Bahalı avtomobillər həvəskarı İmamverdi İsmayılovun biznesi – FAKTLAR

admin

İsa Həbibbəylidən xəbər var

redaktor

Zəfər paradı Xankəndidə olacaq: Hazırlıq gedir!

admin