Dünyaİqtisadiyyat

 “Hyundai” Sankt-Peterburqdakı zavodunu satır

“Hyundai Motor”un direktorlar şurası şirkətin Sankt-Peterburqdakı zavodunu satmaq qərarına gəlib.

Bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi yazıb.

Alıcı qismində Rusiyanın “Art-Finance” MMC şirkəti göstərilir. Satış barədə qərar direktorlar şurasının növbədənkənar iclasında təsdiqlənib.

Sankt-Peterburqdakı “Hyundai” zavodu 2010-cu ildə fəaliyyətə başlayıb. Şirkət “Hyundai Solaris”, “Hyundai Creta”, “Kia Rio” və “Kia Rio X-Line” modellərini istehsal edib. Şirkət 2022-ci ilin martında fəaliyyətini dayandırıb.

2023-cü il noyabrın əvvəlində “Fresh” avtomobil bazarının diler şöbəsinin rəhbəri Yevgeni Jitnuxin Sankt-Peterburqdakı zavodun dayanması fonunda Rusiya avtosalonlarında “Hyundai Solaris” avtomobillərinin çatışmazlığı yarandığını deyib. O, həmçinin qeyd edib ki, Rusiya avtomobil bazarında Avropa, Cənubi Koreya və Yaponiya istehsalçılarının münasib qiymətə avtomobillərinin çatışmazlığı var.

Noyabrın sonuna kimi Sankt-Peterburqdakı “Hyundai” zavodunun 2024-cü ildə avtomobil istehsalını bərpa edəcəyi gözlənilirdi. Zavod “Kia” və “Hyundai” avtomobillərinin yığılmasına başlayacaq, lakin onlar Çinin GAC brendi ilə bazara çıxarılacaq. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər

Erməni nəşrindən şok Türkiyə iddiası – “Qərb üçün ən sərfəli variant…”

admin

Azərbaycan elektrik enerjisini hansı ölkələrə və neçəyə satıb? – Tam siyahı

redaktor

Paris məhkəməsi Pavel Durovu azad etdi

redaktor