4 C
Bakı
12 Fevral 2026 03:30
DünyaMuharibə

Zalujnının kabinetində dinləmə cihazı tapıldı

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazı tapılıb.

Bu barədə “RBC-Ukrayna” agentliyi hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, qurğu şənbə günü aşkar edilib. Dinləmə cihazı naməlum tipli elementlərlə təchiz olunub, ona görə də onların quraşdırıcısı müəyyən edilməyib.

***

Ukrayna Təhlükəsizlik Xidməti dinləmə qurğusunun aşkarlanması ilə bağlı cinayət işi açıb.

Bildirilib ki, cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 359-cu maddəsinin 2-ci hissəsinə əsasən (qanunsuz olaraq məlumat əldə etmə, satma və ya xüsusi texniki məlumat əldə etmə vasitələrindən istifadə) açılıb.

“Vurğulayırıq ki, avadanlıq birbaşa Valeri Zalujnının ofisində deyil, onun gələcəkdə iş üçün istifadə edə biləcəyi otaqlardan birində tapılıb”, – məlumatda deyilir. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Nazirlikdən əhaliyə xəbərdarlıq: yüksəkliyə qalxmaq, telefonla danışmamaq…

redaktor

Əsəd Moskvadan ev alıb: qohumları isə… – Ofşor şirkətlərlə axan milyonlar

redaktor

“Abdullah Öcalanın ‘Barış ve Demokratik Toplum Çağrısı’ bölgə xalqları üçün ‘ümid işığı’ kimi dəyərləndirilir.”

redaktor