28 C
Bakı
30 Avqust 2026 14:15
CəmiyyətSiyasət

Samir Aşurov 6 il 6 ay azadlıqdan məhrum edildi

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Tacxeber  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Samir Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. İttihama görə, S.Aşurov həmin ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Zərərçəkmiş şəxsin həyatını xilas etmək mümkün olub.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Retkliff Moskvada: Tramp-Putin-Zelenski görüşü təklif edildi

redaktor

Müsəlman olmaq yalnız donuz əti yeməmək deyil

redaktor

Strategiya körpə ölümünü 9,3-ə endirməyi nəzərdə tuturdu: 2025-ci ildə göstərici 13,7 olub

admin