18 C
Bakı
23 Oktyabr 2026 03:11
DünyaMuharibə

Ukrayna B planına keçir: Qərbin dəstəyi gəlməsə…

2024-cü ilin ilk günlərində Qərbin maliyyələşdirməsi olmasa, Ukrayna daxili borclanmaya əl atmaq məcburiyyətində qalacaq.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

“Əgər bu dəstək yanvarın ilk günlərində gəlməsə, o deməkdir ki, B planına keçməliyik. B planı çoxsəviyyəli ola bilər, amma inanıram ki, ilk mərhələdə borc kapitalı almaq üçün daxili bazara müraciət etmək və daxili bazarda vəsait əldə etmək kifayət edəcək. Bu, çox çətin olacaq, təbii ki, Maliyyə Nazirliyində əlavə gərginlik yarada bilər, çünki onlar ölkənin büdcəsinə cavabdehdirlər. Lakin bu, yanvar ayı ərzində vəziyyətin yaxşılaşmasına imkan verəcək”, – Ustenko bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

“Middle East Eye”: “Bakı Ankaradan Ərdoğanın müşavirini vəzifədən çıxarmağı tələb edib”

admin

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Rusiya və Ukrayna arasında zərbələr endirilib, itkilər var

redaktor