24 C
Bakı
12 Avqust 2025 00:01
Dünya

Putin 15 dərəcə şaxtada papaqsız danışdı: Züqanov qamçılamağı təklif etdi

 

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov Rusiya prezidenti Vladimir Putinin Severodvinskdə soyuqda papaqsız danışmasına icazə verənləri qamçılamaq lazım olduğunu bildirib.

Dövlət Dumasında fraksiya liderlərinin görüşü zamanı Putin Severodvinska səfərindən bəhs edib. Öz növbəsində Züqanov Rusiya liderinin səhhətindən narahat olduğunu bildirib və onun diqqətini çıxışı zamanı baş geyimində olmamasına yönəldib.

“Bağışlayın, sizi papaqsız buraxanı qamçılayardım. Sadəcə mənfi 15 dərəcə”, – Züqanov deyib.

Putin isə cavab olaraq bildirib ki, bu iradları şəxsən özünə qəbul edir. “Qamçılamaq – bu bizim üçün asandır, biz bunu edə bilərik”, – deyə prezident zarafat edib. (Publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə təyyarə dağa çırpıldı – İtkin düşənlər var

redaktor

Ukrayna ordusu 58 rus hərbçisini məhv etdi

redaktor

Hindistandan kritik həmlə – Türkiyə ilə üz-üzə gəldi

admin