24 C
Bakı
11 Avqust 2025 22:44
Cəmiyyət

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri – VİDEO

Həkimsiz, qazsız və bankomatsız qalan Samux kəndləri - VİDEO

 

Samux rayonunun üç minə yaxın sakini olan dörd kəndi – Poylu, Kəsəmən, Salahlı və Qarabağlı illərdir həkim sarıdan əziyyət çəkir.

Sakinlər tibbi xidmət almaq üçün hər dəfə ya Samux rayonuna, ya da Gəncə şəhərinə üz tutmaları olurlar.

Kənd sakinlərinin sözlərinə görə, əvvəl Qarabağlı Kənd Tibb Məntəqəsində üç tibb bacısı olub. 65 yaşı tamam olduğuna görə, onlardan biri təqaüdə göndərilib.

Əhali tibb bacısının işdə qalması üçün imza toplasa da, onun orta təhsilli olduğu əsas gətirilərək müraciətlər nəzərə alınmayıb.

Hazırda isə məntəqədə iki tibb bacısı xidmət göstərir. Lakin onlardan da birinin üç aydan sonra 65 yaşı tamam olacaq. Bu isə o deməkdir ki, məntəqə bir tibb bacısının ümidinə qalacaq.
Sakinlər deyirlər ki, bir də kəndin mavi yanacaq və bankomat problemi var.

Daha ətraflı İTV-nin süjetində:

Tacxeber.com

Oxşar xəbərlər

Emin Ağalarov Rusiya məsələsinə görə “Dream Fest”in proqramında dəyişiklik edir

redaktor

Mehdiyevin qızına məxsus bina yenə satılmadı – Qiyməti 6 milyon endirilib

admin

Azərbaycanda bələdiyyə sədrlərinə cinayət işi açıldı – SİYAHI

admin