19 C
Bakı
12 Oktyabr 2026 02:32
Cəmiyyət

Məhkəmə “tiktokçu” Ləman Vəliyeva haqda qərar verdi – YENİLƏNİB

 

Xəbər verdiyimiz kimi, sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, araşdırma nəticəsində toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1000 (min) manat cərimə edilib və sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyi AZXEBER.COM-a faktı təsdiqləyib.

***

“TikTok” fenomeni Ləman Vəliyeva saxlanılıb.

“Ölkə.az” xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

“Ağılla Rusiya dərk edilməz…”

admin