20 C
Bakı
24 İyun 2025 03:32
CəmiyyətHadisə

Elxan Səmədov xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

Həlak olan general Məhəmməd Baqeri kimdir? – Azərbaycanlı komandan haqda məlumatlar

redaktor

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? – VİDEO

redaktor

Səidə Dadaşovanın əri danışdı – Təcili əməliyyat olunacaq

redaktor