12 C
Bakı
28 Mart 2026 02:28
CəmiyyətHadisə

Elxan Səmədov xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.

Tacxeber.com

Oxşar xəbərlər

İqtisadiyyat elə bu lobya kimidir.

redaktor

Ərbəin zəvvarlarının avtobusu qəzaya uğradı – 18 ölü

redaktor

Azərbaycana 6 baş eşşək gətirildi – Fantastik qiymətə

redaktor