Hadisə

Sabirabadda nigeriyalı körpənin ölümünə görə cinayət işi açıldı

 

Sabirabadda yenidoğulmuş uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Tacxeber.com rayon prokurorluğuna istinadən xəbər verir ki, bu ilin avqustun 5-də Nigeriya vətəndaşı Osabuohien Glory Abiesin “Sabirabad RMX” PHŞ-nın Regional Perinatal Mərkəzin doğum evində yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan xəstəxananın həkimləri tərəfindən doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin icra edilməməsi müəyyən edilib. Həmçinin doğuş prosesinin başa çatdırılma üsulunun diaqnoza uyğun düzgün seçilməməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində uşağın doğuşdan bir gün sonra ölməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

Eldar Əzizovun yaxın adamının 4 milyonluq sifariş verdiyi sirli şirkət kimindir?

admin

Futbol üzrə dünya çempionatları bu ölkələrdə keçiriləcək – Rəsmi

admin

Rusiyanın yüksək rütbəli zabitləri məhv edilib

redaktor