DünyaSiyasət

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi.

Gürcüstan Avropa İttifaqına namizədliyə qəbul edildikdən sonra Gürcüstanda faktiki bayram əhval-ruhiyyəsi yaşanır. Dünya dövlətləri bu hadisə ilə əlaqədar Gürcüstana təbriklər ünvanlayırlar.

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də Facebook səhifəsində öz münasibətini bildirib.

O, fikrini Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı ilə ifadə edib: “Avropa Qafqaza daxil oldu. Gürcüstanda bir dəfə qalxmış Avropa bayrağı bir daha enməyəcək”.

Xatırladaq ki, M.Saakaşvili 2012-ci il martın 7-də Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan dilində M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını səsləndirmişdi. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb forması, hicab və dövlətin prinsipial mövqeyi

redaktor

İran məktəbli forması bəhanəsi ilə Azərbaycana şəriət qanunları tətbiq etməyə çalışır

redaktor

Əli Əliyevi susdurdular. Bəs nə qazandılar?

redaktor