DünyaSiyasət

Saakaşvili Gürcüstanın Aİ-yə namizədliyinə Rəsulzadənin sözlərilə münasibət bildirdi.

Gürcüstan Avropa İttifaqına namizədliyə qəbul edildikdən sonra Gürcüstanda faktiki bayram əhval-ruhiyyəsi yaşanır. Dünya dövlətləri bu hadisə ilə əlaqədar Gürcüstana təbriklər ünvanlayırlar.

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də Facebook səhifəsində öz münasibətini bildirib.

O, fikrini Məhəmməd Əmin Rəsulzadənin məşhur kəlamı ilə ifadə edib: “Avropa Qafqaza daxil oldu. Gürcüstanda bir dəfə qalxmış Avropa bayrağı bir daha enməyəcək”.

Xatırladaq ki, M.Saakaşvili 2012-ci il martın 7-də Azərbaycan parlamentində çıxışı zamanı Azərbaycan dilində M.Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamını səsləndirmişdi. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın Baş Qərargah rəisi Gürcüstana səfər edib

redaktor

Azərbaycan əhalisinə XƏBƏRDARLIQ – Bu günlərdə telefonla danışmayın!

redaktor

Finlandiya və Norveçdə quş qripi: Bəzi səyahətlərə məhdudiyyətlər qoyuldu

redaktor