21 C
Bakı
22 İyun 2025 09:23
Dünyaİqtisadiyyat

Ekspert Çin iqtisadiyyatındakı mənzərəni “dəhşətli” adlandırdı.

Çində iqtisadi fəallıq zəifləyir, bəzi sahələr isə azalır, bu səbəbdən də hakimiyyət iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər görməli olacaq.

Bu barədə “Bloomberg”ın materialında deyilir.

Analitiklərin fikrincə, daşınmaz əmlak bazarındakı böhran və daxili bazarda tələbin zəif olması pis nəticələrə gətirib çıxarır. “Macquarie Group Ltd” investisiya bankının Çin iqtisadiyyat departamentinin rəhbəri Larri Hu qeyd edib ki, noyabr ayı pərakəndə satışları oktyabrdan 1.9% az olub və Çin statistikasının bildirdiyi artım bir il əvvəl COVID məhdudiyyətləri ilə bağlıdır.

“S&P Global Ratings”in Asiya-Sakit Okean üzrə baş iqtisadçısı Louis Kuys mənzərəni dəhşətli adlandırıb. O, bütün sahələrdə pərakəndə satışın, sənaye istehsalının və əsas kapitala investisiya qoyuluşunun dinamikasını belə qiymətləndirib.

Bundan əvvəl CNN Çində ciddi deflyasiya problemi ilə bağlı material yayıb. İqtisadi təhlillər göstərir ki, ölkədə mal və xidmətlərin qiymətləri ucuzlaşmaqda davam edir, bu, iqtisadiyyat üçün mənfi nəticələrə səbəb ola bilər.

Dekabrın 13-də Mərkəzi İqtisadi İşçi Konfransının yekunlarına əsasən Çin rəhbərliyi daxili tələbin stimullaşdırılması, strateji sahələrin inkişafının prioritetləşdirilməsi və 2024-cü ildə daşınmaz əmlak bazarında böhran probleminin həlli planlarını açıqlayıb. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər

Mask Trampın seçki kampaniyasına ən azı 260 milyon dollar xərcləyib

redaktor

Dünyanın gözü Zaporojyedədir: “Vəziyyət olduqca narahatedicidir”

redaktor

İsrail Məşhəd hava limanını vurdu

redaktor