25 C
Bakı
23 İyun 2025 16:06
GündəmHadisəQalmaqal

DYP-dən türkiyəli blogerin rüşvət iddialarına cavab: “Cəriməni nağd ödəyib”

Türkiyəli bloger Alper Rende Azərbaycanla bağlı hazırladığı reportajda Bakı şəhər Dövlət Yol Polisi əməkdaşlarının ondan rüşvət aldığını iddia edib və video olaraq paylaşıb.

Məsələ ilə bağlı Bakı şəhər DYP-nin baş inspektoru polis mayoru Araz Əsgərli Yeniavaz.com-un sorğusunu cavablandırıb.

O bildirib ki, Türkiyəli bloger Alper Rendenin icarə ilə idarə etdiyi avtomobilə qayda pozuntusuna görə dekabrın 7-də Səbail rayonu Neftçilər prospektində inzibati xəta haqqında protokol tərtib edilməklə cərimə məbləği ödənilib.

““Toyota” markalı avtomobilin sürücüsü cərimə məbləğini nağd formada təqdim edib. Görüntüdə vurğulanan iddialar inzibati xəta haqqında protokolla uyğunluq təşkil etmir.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov Yeniavaz.com-a bildirib ki, nağd formada cərimə ödəmək deyə bir şey yoxdur:

“Nağd formada heç kim cərimə ödəyə bilməz. Nağdsız formada, internet vasitəsilə, banka ödəyə bilər”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti TAPILDI

redaktor

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar – Bir həftə əvvəl check-up olunubmuş…

redaktor

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu.

admin