26 C
Bakı
12 Avqust 2025 23:49
Hadisə

Bakıda oxuduğu mikrofonla müğənninin burnunu sındırıblar

 

Bakıda toy mərasimində müğənninin burnu oxuduğu mikrofonla sındırılıb.

Qaynarinfo-nun məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar yaşayış massivində yerləşən “Su Pərisi” ailəvi istirahət kompleksində baş verib.

Belə ki, Rövşən adlı müğənni toyda ifa etdiyi zaman mərasim iştirakçılarından biri musiqini dayandırıb. İmişlidən toya qonaq gələn Saday adlı şəxs müğənnidən sifariş verdiyi mahnını niyə dayandırdığını soruşub və söyməyə başlayıb.

Saday müğənniyə məxsus “ŞHURE” markalı mikrofonun dəmir pultunu (modernini) götürüb və onun sifət nahiyəsinə vurub. Nəticədə Rövşənin burnu sınıb. Burnundan qan açılan müğənni Sabunçu rayon xəstəxanasına aparılıb.

Hadisəyə görə 1983-cü ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş Saday adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri cinayət işi açılıb. İşə məhkəmədə baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs sözügedən maddələrlə təqsirli bilinib və 2 il 6 ay şərti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

90 gündür həbsdə aclıq edən Fazil Qasımovun hər an həyatını itirə biləcəyi bildirilir

admin

Lökbatan yoluna qaya parçaları uçdu: Uzun tıxac yarandı

redaktor

Qalib gələn nəsillər normal cəmiyyətlər inşa edə bilir.

admin