26 C
Bakı
13 Avqust 2025 05:58
Cəmiyyətİdman

Rusiya klubunun nümayəndəsi Murad Musayev üçün Azərbaycana gəldi.

“Sabah”ın baş məşqçisi Murad Musayevə daha bir Rusiya klubundan təklif gəlib.

Bu barədə Rusiyanın “Metaratings” nəşri məlumat yayıb.

Birinci divizionda mübarizə aparan “Şinnik” 40 yaşlı mütəxəssislə danışıq aparır. Yaroslavl təmsilçisinin idman koordinatoru Aleksandr Pobeqalovun bir müddət əvvəl bu məqsədlə Azərbaycana səfər etdiyi də bildirilir. Klubun baş direktoru Qalimcan Xayrulin bu barədə açıqlama verib:

“Bəli, Aleksandr Mixayloviç Azərbaycana uçdu. Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik. Hazırda Yaroslavl vilayətində futbolun inkişafı üçün hər şey edilir”.

Qeyd edək ki, Murad Musayev 2021-ci ildən “Sabah”ı çalışdırır. Rusiyalı mütəxəssislə ölkəsindən “Alaniya” klubunun da danışıq apardığı haqda xəbərlər yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Vardanyanla bağlı şok rəqəmlər açıqlandı: Qarabağa bu qədər pul xərcləyib

redaktor

Bakıda məktəbli qızın hərəkəti gündəm oldu – Video

redaktor

Azərbaycanəsilli art-menecer Rusiyada qiyabi həbs edilib

redaktor