10 C
Bakı
27 Mart 2026 15:52
CəmiyyətTəhsil

Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif etdi

Nazir peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif etdi

Elm və təhsil naziri Emin Əmrullayev peşə məktəblərində təhsil haqları məsələsinə yenidən baxılmasını təklif edib.

Tacxeber.com xəbər verir ki, o, bu təklifi “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı irəli sürüb.

“Peşə məktəblərində təhsili haqları ilə bağlı məsələdə bəzi dəyişikliklərə ehtiyac var. Rəqabətli kadrların hazırlanmasını tələb edən bəzi ixtisaslar var. Məsələn, aşpaz ixtisası kifayət qədər mürəkkəb və bahadır. Məsələn, beşulduzlu hotel üçün yaxşı aşpaz hazırlamaq baha başa gəlir. Biz bunu başa düşməsək və ildə 500 manata aşpaz hazırlasaq, nəticə etibarilə əmək bazarında rəqabətli ixtisasa sahib şəxs olmayacaq. Ona görə də qoyulan investisiya ilə kadrın rəqabətliliyi arasında əlaqəni qiymətləndirmək lazımdır”,- nazir bildirib.

Tacxebet.com

Oxşar xəbərlər

Təcrübəli pilotun xəbərdarlığı: “Antarktidaya uçmaq həyat üçün təhlükəlidir”

redaktor

Cəmil Həsənli deyib ki, DTX-də Ramiz Mehdiyevin işi ilə bağlı dindirilib.

admin

Covid-19-un yeni ştammı yayılıb

redaktor