DünyaSiyasət

Maduro Zelenskini təhqir etdi.

Ukrayna Prezidenti Zelenski Qərbin marianetkasıdır.

Bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.

“Bu, imperializmin marionetka təyin etməsi, ondan istifadəsi və sonra zibil qutusuna atması ilə bağlı ilk hadisə deyil.

Zelenski kimi bizim də bir təlxəyimiz var idi – Quaido. İmperializm onu tutub Mayamidəki zibilliyə atdı. İndi o, Mayamidə zibil kimi yaşayır, amma cibində milyonlarla.

Quaido kimi xalqı parçalamaq, nifrətlə doldurmaq, müharibə aparmaq üçün təxribat və yalanlarla istifadə olunacaq nümunələr daha çox olacaq.

İmperializm şeytana bənzəyir – sən ona xidmət edirsən, sonra o sənə tüpürür.

Deyəsən, Zelenskini də eyni tale gözləyir: bir dəfə uğursuzluğa düçar olursan, səni çölə atırlar, təpikləyirlər, səni tərk edirlər. Ruhunu şeytana satanların aqibəti budur”, – Maduro bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova: İrəvan Laçın yolunu Azərbaycan ərazisi kimi tanıyır, razılaşmalar icra olunmalıdır

redaktor

Milli Şuranın üzvü Gültəkin Hacıbəyli Türkiyədə “xarici terrorçu” adı ilə saxlanıldığını deyir.

redaktor

İranda saxta spirtli içkilərdən 4 nəfər VƏFAT ETDİ

redaktor