Dünya

İsrail HƏMAS-ı suda BOĞMAĞA BAŞLADI

 

İsrail ordusu Qəzza zolağında yeraltı tunellər sisteminə dəniz suyunu vurmağa başlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

İsrail ordusunun məlumatına görə , bu tunellər şəbəkəsi Fələstinin radikal HƏMAS hərəkatının yaraqlıları tərəfindən istifadə olunur. Tunellərin su basması əməliyyatının bir neçə həftə çəkə biləcəyi dəqiqləşdirilir.

WSJ-nin məlumatına görə, bu, HƏMAS-ın infrastrukturunu məhv etməyə yönəlmiş üsullardan biridir.

Qeyd edək ki, dekabrın 11-də İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, Qəzzanın şimalı “dönüş nöqtəsində”dir. O bildirib ki, HƏMAS-ın qalaları dağılmaq ərəfəsindədir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında HƏMAS və FƏTH-in ( Fələstin Milli Azadlıq Hərəkatı ) idarə etməsinə icazə verməyəcəyinə söz verib.

Tacxeber.com

Oxşar xəbərlər

Qərbdən Putinə dəstək gəldi – Müharibəni bitirəcək lideri tapdılar

admin

Almaniya Ukraynaya RYAS-ları göndərir

redaktor

Tramp Rusiya ilə çox sərt davrandığını etiraf etdi – VİDEO

redaktor