10 C
Bakı
27 Mart 2026 14:32
DünyaHadisə

Bu körpə uşaqlıqda deyil, bağırsaqda böyüyür – Nadir hadisə

Fransada yaşayan qadın mədə və qarın ağrısı şikayətləri ilə getdiyi xəstəxanada hamilə olduğunu öyrənib.

Bakupost.az xəbər verir ki, Fransanın Reunion adasında yaşayan 37 yaşlı qadın şiddətli mədə və qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.

Xəstəxanada müayinədən sonra 23 həftəlik hamilə olduğunu öyrənən qadın həyatının şokunu yaşayıb.

Aparılan analiz və müayinələr nəticəsində hamilə qadına uşaqlıqdan kənar hamiləlik diaqnozu qoyulub. Müəyyən edilib ki, uşaqlıqdan kənar hamiləlikdə döl ananın uşaqlığında deyil, bağırsaqlarının yanında qarın boşluğunda böyüyür.

Hər kəsi təəccübləndirən çox nadir rast gəlinən bu hadisə “New England Journal of Medicine”də dərc olunan məqalə ilə qısa müddətdə gündəm olub.

Məqalədə eyni hadisə ilə bağlı həkimlər körpənin 24-cü həftədən etibarən ana bətnindən kənarda yaşaya biləcəyini, lakin sağ qalma ehtimalının yüzdə 68 olduğunu bildiriblər.

Tacxeber.com

Oxşar xəbərlər

Amnistiya pərdəsi altında siyasi hesab: İlham Əliyev niyə məhz indi “humanist” oldu?

redaktor

Rusiya kəşfiyyatı NATO ölkələrində terror aktları hazırlayır…-İsrail mediası

admin

“Dərmanların gizlədilməsi halları var” – Deputat

redaktor