Dünya

Baş nazirlər qapı arxasında qaldı – VİDEO

 

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Dauninq-stritdəki iqamətgahının qapısını aça bilməyib.

“Qafqazinfo” xəbər verir ki, siyasətçinin videosunu “The Telegraph” nəşr edib.

Sunak Niderland Baş naziri Mark Rutte ilə görüşü zamanı içəri girmək istəsə də, qapı bağlı olub. Baş nazirlər təhlükəsizlik işçiləri qapını açana qədər çaşqınlıq içində binaya girmək üçün bir yol tapmağa çalışıblar.

İngiltərə Baş nazirinin ofisi təhlükəsizlik baxımından qapını içəridən bağladıqlarını açıqlayıb.

 

Oxşar xəbərlər

İlon Mask dünyanın ən varlı 10 adamının siyahısına başçılıq edir

redaktor

Koreya yarımadasında da müharibə başlayır? – Kim Çen İnin bacısından XƏBƏRDARLIQ

redaktor

Rusiyada xarici vətəndaşlığı olan şəxslər orduda xidmət keçəcək – Putindən FƏRMAN

redaktor