12 C
Bakı
28 Mart 2026 20:31
Sağlamlıq

Balqabağın elə bir faydası üzə çıxdı ki…

 

Balqabaq yemək dərinin vəziyyətinə, immunitetə ​​və reproduktiv funksiyaya müsbət təsir edir.

Tacxeber.comxəbər verir ki, bu barədə terapevt Yelena Tixomirova “İzvestiya” qəzetinə danışıb.

“100 q balqabağın tərkibində demək olar ki, gündəlik dozada provitamin A var ki, bu da orqanizmdə A vitamininə çevrilir. O, dərinin vəziyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir, reproduktiv funksiyanı, görmə qabiliyyətini və hormon sintezini yaxşılaşdırır”, – ekspert bildirib.

Həmçinin, onun sözlərinə görə, balqabağın tərkibində birləşdirici toxumanın sintezi, dırnaqların və dişlərin möhkəmliyi üçün zəruri olan çoxlu miqdarda silikon var. Bundan əlavə, bu tərəvəzin tərkibində zəif sidikqovucu təsir göstərən kalium və maqnezium var.

“Balqabaq qəbizliyin qarşısını almaq üçün əla vasitədir”, – diyetoloq yekunda qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Nimesil” və “teraflu”nu qarışdırıb içmək olmaz

redaktor

Alimlər daha uzun yaşamaq üçün gözlənilməz üsul kəşf etdilər

redaktor

Dırnaq batmasına qarşı ev şəraitində nə etməli?   – Sadə məsləhətlər

redaktor