8 C
Bakı
09 Fevral 2026 15:19
Dünya

Ağ Evdə KRİTİK GÖRÜŞ: Zelenski o anı gözləyir, Bayden isə söz verib ki…

 

“ABŞ prezidenti Co Bayden Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib”.

Tacxeber.com“Reuters”ə istinadla xəbər verir ki, bunu ABŞ lideri Ağ Evə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü zamanı deyib.

Jurnalist Akayla Qardnerin “X”də xəbər verdiyi kimi, Bayden Zelenskidən ümidini itirməməyi xahiş edərək, ABŞ-ın onun tərəfində qalacağına əmin edib.

Zelenski, öz növbəsində, Ukraynanın qalib gələ biləcəyini söyləyib, əlavə olaraq, dondurulmuş Rusiya aktivlərindən istifadə etməyə başlaya biləcəyi anı gözlədiyini söyləyib. Onların dəyəri 300 milyard dollardır.

Hazırda Konqres müxtəlif ehtiyaclar üçün 100 milyard dollardan çox vəsaitin ayrılması haqqında qanun layihəsinə baxır, ümumi məbləğin yarıdan çoxu Ukrayna üçün nəzərdə tutulub. Lakin qanunvericilər heç vaxt sənədin mahiyyəti üzrə işləməyə başlamayıblar. Respublikaçı müxalifət Ağ Evdən Ukraynaya deyil, ABŞ-ın cənub sərhədinə daha çox diqqət yetirməyi tələb edir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı Xankəndidə evini satan şəxsə zəng etdi, bu sözləri eşitdi – VİDEO

redaktor

Aİ-nin 18-ci sanksiya paketi Rusiya iqtisadiyyatını hansı risklərlə üzləşdirir?

admin

Krım böyük ehtimalla Rusiyada qalacaq — Makron

admin