24 C
Bakı
22 Oktyabr 2026 15:17
Cəmiyyət

Xankəndidə yaşayan erməni Mişadan ermənilərə çağırış – VİDEO

 

Hazırda Xankəndidə yaşayan Mişa Qurqani Qroqoryans adlı şəxs sosial şəbəkə vasitəsi ilə ermənilrə müraciət edib.

Tacxeber.com Mişa Qriqoryansın müraciətini təqdim edir:

“Mən hazırda Xankəndidə yaşayıram və heç bir mühfizədən istifadə etmədən şəhərdə sərbəst gəzirəm. Kimsə mənə bir söz demir. Burada hamı məni Mişa kimi tanıyır və hörmət edir. Burada bizə yaxşı baxırlar, biz yaxşı qidalanırıq. Necə deyərlər, mən onlara doğma qardaş kimiyəm.

Onlar məni Qarabağın görməli yerlərinə gəzməyə dəvət edirlər.

Bir ermənilər deyir ki, Mişanın əlin, qolunu, qıçını kəsiblər. Bax, bu da mənim əlim və ayağım. Sadəcə, Xankəndidən uzağa harasa gedəndə məni müşaiyət edirlər. Xankəndidə heç nə yoxdur, sərbəst dolaşırıq. Erməni və azərbaycanlılara isə çağırışım ondan ibarətdir ki, birgə dostluq şəraitində yaşayın”.

 

Oxşar xəbərlər

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor

Yaxşı mübarizə, məyusedici nəticə

admin