23.7 C
Bakı
29 İyun 2026 02:04
DünyaHadisəQalmaqal

Türkiyədə deputat çıxışı zamanı huşunu itirdi – Video

Türkiyənin müxalifət partiyalarından Səadət Partiyasının sədr müavini Həsən Bitməz parlamentdə çıxış edərkən huşunu itirib.

 

Türkiyə KİV-i xəbər verir ki, hadisə Türkiyə Böyük Millət Məclisinin ümumi iclası zamanı baş verib.

 

Belə ki, H. Bitməz parlamentdə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib və hakim Ədalət və İnkişaf Partiyasını buna kifayət qədər reaksiya verməməkdə ittiham edib. Çıxışı zamanı onun halı pisləşib və huşunu itirərək yerə yıxılıb. Bu zaman onun başı kürsüyə qalxan pilləkənlərə dəyib. Bitmez dərhal xəstəxanaya aparılıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı əməliyyatlara xərci 25 milyard dollar olub

redaktor

Tramp Putinin planını dəstəkləyib

redaktor

Ukrayna sanki nəyəsə hazırlaşır.

admin