DünyaHadisə

Pakistanda terror aktı: Azı 23 nəfər ölüb

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində terror aktı törədilib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Bildirilib ki, terror aktı kamikadzenin polis bölməsində partlayış törətməsi nəticəsində baş verib.

Qeyd olunub ki, terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin azı 23 əməkdaşı həlak olub.

Hadisəyə görə məsuliyyəti “Təhrik-i-Taliban Pakistan” radikal qruplaşması (Taliban hərəkatının Pakistan qolu) öz üzərinə götürüb.

Pakistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ilin avqust ayında Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Pakistanda terror aktlarının sayı 60% artaraq 420-yə çatıb. Kamikadzelərin iştirakı ilə törədilən terror aktlarının sayı isə 500% artıb və 141 belə hal qeydə alınıb. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor

İlon Maskın imperatorluğu

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor