22.2 C
Bakı
10 İyun 2026 06:09
Dünya

Bakıda israilli girovlarla həmrəylik mahnısı yaradılıb

Bakıda israilli girovlarla həmrəylik mahnısı yaradılıb

 

“Mahnının yaradılmasında məqsəd diqqəti israilli girovların taleyinə yönəltmək və onlar ilə həmrəyliyi gücləndirməkdir…”

“Kompozisiyada girovların geri dönəcəyinə ümid və Qüdsün çiçəklənməsi arzusu ifadə edilir…”

Kompozisiya İsrailin Azərbaycandakı səfirliyi və “Nativ” xidmətinin təşəbbüsü ilə yazılıb

Azərbaycanın paytaxtı Bakı şəhərində HƏMAS-ın əsirliyində olan İsrail girovlarına həsr edilmiş mahnı yazılıb və ifa edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin “Vesty” nəşri məlumat verib.

Azərbaycan türkcəsində ifa edilən kompozisiyada hər bir oğurlanan sakinin, xüsusilə uşaqlar və yaşlı insanların geri dönəcəyinə ümid, sülh və Qüdsün çiçəklənməsi arzusu ifadə edilir.

Məlumatda deyilir ki, bu mahnı İsrailin “Nativ” dövlət xidmətinin Bakıdakı əməkdaşı Sofa Qrinberq tərəfindən İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə yazılıb.

“Nativ”in mətbuat xidməti məlumat verib ki, mahnının yaradılmasında məqsəd diqqəti girovların taleyinə cəlb etmək və onlar ilə həmrəyliyi gücləndirməkdir.

Mahnının sözlərinin müəllifi Sofa Qrinberq, musiqisi azərbaycanlı bəstəkar Anar Yusifov, ifaçılar Fərid Əliyev və Anar Yusifovdur.

Səfirlik əməkdaşları Sofa Qrinberq və Mark İfraimov, “Nativ”in Azərbaycan və Gürcüstandakı nümayəndəliklərinin rəhbərliyi ilə birgə yerli opera müğənnisi Fərid Əliyevə müraciət edib və o, mahnını ifa etməyə razılıq verib.

Daha sonra Bakıdakı yəhudi icmasının üzvü, prodüser şirkətinin sahibi Nəriman Məmmədova müraciət edilib.

Səfirliyin və “Nativ”in birgə səyləri nəticəsində bir neçə günə ictimai əsaslarla bu mahnını yaradıb klipini yazmaq mümkün olub.

Mahnının klipi İsrail səfirliyinin saytında Azərbaycan türkcəsində dərc edilib, tezliklə ivrit dilində subtitrlər əlavə ediləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda iqtisadi geriləmə və aşırı tənzimləmə problemi

redaktor

Səudiyyə Ərəbistanının investisiya naziri Zəngilana gəlir

redaktor

Ayətullah Xamnəi: İsrailə neft və ərzaq satışı dayandırılmalıdır

redaktor