DünyaİqtisadiyyatMuharibə

Aİ maliyyə yardımı ayırmasa, Kiyev ölüm-qalım astanasında qalacaq – Stefanişina

 Aİ maliyyə yardımı ayırmasa, Kiyev ölüm-qalım astanasında qalacaq – Stefanişina

Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina deyib ki, Avropa İttifaqından 50 milyard avro gəlməsə, Ukrayna “ölüm-qalım astanasında” olacaq və Avropa Birliyinin pul verməkdən imtinası “bütün birliyin uğursuzluğu” kimi qiymətləndiriləcək”.

Bu barədə Financial Times qəzeti yazır.

“50 milyard avronun həlli yoxdursa, müvəqqəti həll yolu ola bilər”, – Stefanişina iddia edir.

O qorxur ki, bu vəziyyət Ukraynanı 2024-cü ildə sıfır maliyyə proqnozu ilə “ölüm-qalım astanasında” qoyacaq. Stefanişina əlavə edib ki, yardım paketinin bu və ya digər şəkildə Kiyevə çatdırılması ilə bağlı hələ heç bir təminat almayıb.

Bundan əlavə, o, Ukraynanın pul almaması vəziyyətini “bütün Avropa İttifaqının uğursuzluğu” adlandırıb.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı diplomatları Macarıstanın mövqeyinə görə, Ukrayna üçün Aİ-nin ümumi büdcəsindən kənar təcili maliyyə vəsaitinin cəlb edilməsi təkliflərini müzakirə edir. (Valyuta)

Tacxeber.com

Oxşar xəbərlər

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək.

admin

Netanyahu atəşkəs anlaşmasını pozacağını bəyan etdi

redaktor

Rövnəq Abdullayevin “KÜRƏKƏN KARTI”

redaktor