2 C
Bakı
11 Fevral 2026 00:52
HadisəQalmaqalSağlamlıq

Vüqar su içdiyi üçün vəfat edib? – Həkim inkar etdi.

Bir neçə gün öncə AzTV-nin 24 yaşlı əməkdaşı olan Vüqar Rəsulovun mədəkiçiltmə əməliyyatından vəfat etməsi ilə bağlı xəbər vermişdik.

Mövzu ilə əlaqədar Axar.az-a açıqlama verən mədə-bağırsaq (laparoskopik bariatrik-metabolik) cərrahı Taryel Ömərov maye qəbulunun ani ölümə səbəb olması ehtimalını inkar edib.

“Maye qəbulu xəstənin həyatının itirilməsinə səbəb ola bilməz. Bu tromboemboliyanın fəsadlarından biridir”, – o qeyd edib.

Cərrah bildirib ki, pasiyent evə buraxılarkən bütün risklər izah olunmalı, tromboembalyanı önləmək üçün qandurulaşdırıcı maddələrin çəki və yaşa uyğun 8-10 gün müddətində istifadəsi tövsiyə edilməlidir:

“Belə əməliyyatlar üçün xəstələrin çox ciddi şəkildə bu işlə məşğul olan və peşəkar komandası olan uğurlu kilinkalara müraciət etməsi məsləhətdir”.

Qeyd edək ki, bir neçə gün öncə AzTV-nin gənc əməkdaşı Vüqar Rəsulov dünyasını dəyişib. Onun mədəkiçiltmə əməliyyatı etdikdən sonra çoxlu maye qəbul etdiyi və bu səbəbdən dünyasını dəyişdiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Səhiyyə naziri niyə regionlarda qəbul keçirmir?

admin

Məşhur tarzən ona 47 dəfə elçi göndərib

admin

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

redaktor