15 C
Bakı
30 Mart 2026 18:31
DünyaSiyasət

Naxçıvana çıxış üçün Kalininqrad planı – İrəvanın alternativi yoxdur.

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirmədiyinə görə Azərbaycan Naxçıvana çıxış üçün yeni variant irəli sürür. Əliyevin “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumundakı çıxışında bu variantın nədən ibarət olduğu aydın olur.

İrəvan Zəngəzur dəhlizinin keçdiyi ərazidə öz pulu hesabına dəmiryolu xətti inşa edir və başqa ölkələrə daşımalardan gömrük rüsumu alır, lakin Azərbaycandan yox. Naxçıvan Azərbaycan ərazisi olduğu üçün bura daşınacaq sərnişin və yüklər gömrük rüsumu və sərhəd yoxlanışından azad edilməlidir. Əliyev bunu “Azərbaycandan Azərbaycana” prinsipi ilə izah edir və Kalininqrad dəmir yolu təcrübəsindən istifdənin Brüsseldə gündəmə gəldiyini bildirir. Əks təqdirdə, Ermənistan regional kommunikasiyadan kənarda qalmağa davam edəcək, çünki İrəvandan fərqli olaraq, Bakının Naxçıvana İran marşrutu üzərindən çıxış alternativi var. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı iş adamı Rəisiyə görə həbs edildi – KİV

redaktor

İmkan düşsə, Putin düşmən kimi baxdığı Azərbaycandan və Əliyevdən heyifini alacaq.

admin

ABŞ Konqresi Rusiya aktivlərinin Ukraynaya verilməsi qanununu qəbul etdi.

admin