16 C
Bakı
23 Oktyabr 2026 04:40
CəmiyyətHadisəQalmaqal

Məşhur futbol adamının Bakıda qayda pozuntusu gündəm oldu – VİDEO

Sosial şəbəkələrdə beynəlxalq dərəcəli hakim, AFFA Hakimlər Komitəsinin səbiq sədri Xaqani Məmmədovla bağlı video paylaşılıb.

Ötənlərin məşhur fit sahibi idarə etdiyi “Hyundai Santa Fe” markalı, 99-XF-555 dövlət nömrə nişanlı avtomobillə manevr qaydasını pozub.

Videonu bayker paylaşıb.

Belə ki, Xaqani bəy zolaq dəyişərkən dönmə işığını yandırmağa gərək duymayıb. Məmmədovun səhlənkarlığı arxadan gələn motosiklet sürücüsünə çətin anlar yaşadıb.

O, qaydanı pozan Xaqani Məmmədova yaxınlaşaraq “Hər vaxtınız xeyir, ağsaqqal. Dayı, sağa keçirsən, dönmə işığını yandırmırsan. Az qala baqajdan içəri girəcəkdim. Ehtiyatlı ol” deyib.

Futbol adamı baykerin iradına gülümsəyərək cavab verib.

Tacxeber.com

Oxşar xəbərlər

“Mövqe transformasiyası” ideyasının memarı Fazil Mustafa — Emil Rasimoğlu yazır…

redaktor

Yaponiyanın demoqrafik faciəsi

redaktor

Güclü dövlət yalnız güclü və sağlam cəmiyyət üzərində qurula bilər

redaktor