Cəmiyyət

Həkim-infeksionistdən qızılca ilə bağlı valideynlərə çağırış

Həkim-infeksionistdən qızılca ilə bağlı valideynlərə çağırış

“Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlərin məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur”.

Tacxeber.com Report-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova bildirib.

Onun sözlərinə görə, sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə o, 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir:

“Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda bank kredit götürmək istəyən deputata imtina cavabı verib.

admin

Diaspora lideri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarılıb

redaktor

Qurban Qurbanov qələbəni şərh etdi

admin