DünyaGündəm

Hər zəlzələdən sonra Xəzər dənizinin dibinin quruluşu dəyişir – VİDEO

 

Zəlzələ baş verir və Xəzərin dibi öz quruluşunu dəyişir. Yarğanlar, çuxurlar, dərin çalalar əmələ gəlir ki, bu da, xüsusilə yay aylarında hər birimiz üçün təhlükə deməkdir. Ona görə də dənizə gedərkən diqqətli olmalıyıq.

Bəlkə də elə bunun nəticəsidir ki, son bir neçə il ərzində yay fəslində dənizdə batanların sayı xeyli artıb. Çimdiyi ərazidən 1 metr kənarda batma təhlükəsi ilə üzləşənlər də az olmayıb.

Tacxeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükənin qiymətləndirilməsi şöbəsinin müdiri Qulam Babayev deyir ki, hər dəfə zəlzələdən sonra Xəzərin dibinin quruluşu dəyişikliyə məruz qalır.

Onu sözlərinə görə, Xəzərin dibində çox sayda müxtəlif tektonik qırılmalar, mikro – meqa bloklar var. Yəni dənizin dibi mürəkkəb bir struktura malikdir.

Qulam Babayev bildirir ki, bloklardakı oyanmalar bu ildən başlayıb və 2024-cü ildə də müşahidə olunacaq.

Daha ətraflı videomaterialı təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Kadırov: Sülh üçün Ukrayna Rusiyanın regionu olmalıdır

redaktor

Tramp və Kamala Harrisin ilk debatı – Qarşılıqlı ittihamlar, absurd bəyanatlar və sıfır nəticə

admin

İsveçdən növbəti skandal: Quranın yandırılmasına yenə icazə verildi

redaktor