21 C
Bakı
22 İyun 2025 23:58
İdman

Ey, Pep, oyan! – Məşqçi uğursuzluqlardan danışdı

Ey, Pep, oyan! - Məşqçi uğursuzluqlardan danışdı

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının uğursuz çıxışları haqda danışıb.

Tacxeber.com “City Xtra”ya istinadla xəbər verir ki, o, komandasının indikindən pis çıxış edəndə belə, bundan yaxşı nəticələr qazandığını bildirib.

Qvardiola bu nəticələrə görə ətraflı təhlil aparmalı olduğunu deyib:

“Bu vəziyyətdə bir addım geri çəkilərək özümə deməliyəm: “Ey, Pep, oyan! Səhv bir şey var,  komandanla tam təhlil apar və baş verənləri qiymətləndir. Niyə 4 oyundur qalib gələ bilmirsiniz? Əvvəllər bundan daha pis oynadığınız zaman qalib gəlirdiniz”.

Qeyd edək ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının son 4 oyununda 3 dəfə heç-heçə edib, “Çelsi” (4:4), “Liverpul”(1:1), “Tottenhem” (3:3) və “Aston Villa”ya uduzub – 0:1. Komanda hazırda 30 xalla 4-cü pillədə qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın legionerləri Azərbaycan toyunda – Video

redaktor

Miroslav Kloze Mahir Emrelidən narazıdır

admin

“Maaş kartından pul çıxaranda utanırsan?” – “Neftçi”nin hücumçusuna ünvanlanan sual.

admin