Siyasət

Ermənistan üçün BÖYÜK FÜRSƏT: Bakı İrəvanla belə dil tapıb – Qriqoryan DETALLARI AÇDI

 

Xəbər verdiyimiz kimi, 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlamasında iki ölkə arasında bir neçə məsələ ilə bağlı razılıq əldə olunduğu bildirilmişdi.

Tacxeber.com xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakı və İrəvan arasında baş tutan anlaşmanın təfərrüatını açıqlayıb.

Ölkənin İctimia Televiziyasına müsahibə verən şura sədri vurğulayıb ki, razılıq yalnız iki tərəf arasında aparılan danışıqlar nəticəsində əldə olunub.

“Bu təcrübə göstərdi ki, problemlərin həlli məntiqi ilə hərəkət etmək istəyi böyükdür və bunun üçün ən böyük fürsət sülh müqaviləsidir”, – o deyib.

Qriqoryan, İrəvanın dekabrın sonunadək sülh sazişini imzalamağa hazır olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Putin niyə susur? – “Azərbaycan ətrafında mənfi rəyin formalaşmasını gözləyir ki…”

redaktor

Rusiya hərbçiləri ödənişlər və mükafatlar üçün saxta yaralar düzəldiblər

redaktor

Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? – AÇIQLAMA

redaktor